Azercell transformasiya ilinin nəticələrini açıqlayıb –Mobil operator ölkə ərazisində 1600-dan çox baza stansiyası qurub

Azercell transformasiya ilinin nəticələrini açıqlayıb –Mobil operator ölkə ərazisində 1600-dan çox baza stansiyası qurub

2019-cu ilin hesabat konfransında lider molbil operator texnoloji uğurları və gələcək prespektivləri ilə bölüşdü.

Olaylar.az xəbər verir ki, Azercell Telekomun prezidenti Vahid Mürsəliyev bildirdi ki, mobil operator 2019-cu ildə 6 milyona yaxın abunəçiyə xidmət göstərib: "Bakı və Gəncə telefon mərkəzləri tərəfindən 4 milyon 558 mindən artıq, ön masa ofislərində 1 milyon 48 mindən artıq, Azercell-in rəsmi internet səhifəsi üzərindən onlayn çat vasitəsile 106 mindən artıq, sosial media vasitəsi ilə 58 mindən artıq abunəçiyə xidmət göstərilib. Hazırda Azercell abunəçilərinin 58.6 faizi smartfon istifadəçiləridir. Azərbaycanın aparıcı mobil rabitə operatoru "Azercell Telekom" 2019-cu ildə dövlət büdcəsinə 112 mln. manat ödəniş həyata keçirib. Ümumilikdə, 23 il ərzində bu rəqəm 1,845 mlrd. manat olub. Şirkət tərəfindən ölkənin telekommunikasiya sahəsinin inkişafına ötən il 94,5 mln. ABŞ dollarından çox, ümumilikdə isə 1,621 mlrd. dollardan artıq sərmayə yatırıb. 2019-cu ildə sosial layihələrə ümumilikdə 253 min dollardan artıq vəsait sərf edilib ki, bu göstərici 23 il ərzində 19 mln. dolları ötüb". 2019-cu il ərzində "Azercell" 1 617 ədəd yeni radio baza stansiyası (RBS) qurub ki, bunlardan 1 217 ədədi 4G şəbəkəsini dəstəkləyir: "Şəbəkə vasitəsilə ötürülən internet trafikin həcmi 304% artıb. Ötən ilin sonu şirkət tərəfindən ölkədə və Cənubi Qafqazda ilk 5G pilot şəbəkəsi istifadəyə verildi".

Azercell-in prezidenti qeyd edib ki, Bakıda Formula 1 yarışları keçirilən ərazilər 5G şəbəkəsi ilə əhatə olunacaq. Onun sözlərinə görə, paralel olaraq şirkət tərəfindən yeni rəqəmsal həllərin sınaqları aparılacaq. Söhbət yeni texnoloji həllərin 5G şəbəkəsi üzərindən göstərilməsinə dair araşdırmalardan gedir.

V. Mürsəliyev əlavə edib ki, Azercell Telekomun 4G şəbəkəsi bütün Bakı Metropolitenini əhatə edəcək: "Şəbəkə həm stansiyaları həm tunelləri əhatə edəcək. Bildirilib ki, hazırda LTE şəbəkəsi Elmlər Akademiyası stansiyasında yaradılıb və cari ildə mərhələli olaraq şəbəkə genişləndiriləcək. Biz hazırda 4G şəbəkəsinin tək platformalarda deyil, tunellərdə də şəbəkənin qurulmasi ilə ciddi məşğuluq.

Reəqamsal bağlantı erasına hazırlıq ərəfəsində Azercell yüksək keyfiyyətli 4G texnologiyasının ölkə regionları boyu yayılmasına daha güclü təkan verərək 2018-ci ilin sonlarından 2019-cu ilin sonuna qədər şəbəkənin respublika üzrə coğrafi əhatəsini 366%, əhali əhatəsini isə 120% artırmış oldu. Bütün ölkə üzrə toplam 1617 yeni radiobaza stansiyası quraşdırılıb ki, onlarında 1217-ni 4G şəbəkəsi üzərindən çalışan saytlar təşkil edir. Şəbəkə keyfiyyətinin yüksəldilməsi, həmçinin, istifadə həcminin də artmasına şərait yaratdı: Azercell şəbəkələri vasitəsi ilə ötürülən internet trafikinin həcmi 304% artdı. "Systemics" Avropa şirkəti Azərbaycanda keçirdiyi müstəqil bençmarkinq testi nəticəsində Azercell-in bölgələrdə 4G texnologiyasi üzrə datanın örtülmə sürətinə, informasiya yükləmə müddətinə və video materialların daha da yüksək keyfiyyətlə yüklənməsi parametrlərinə görə ölkənin mobil operatorları arasında daha üstün olduğunu təsdiqləyib.

Nigar Orucova

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31