Dünyanın ən varlı adamı Yer kürəsi üçün 10 milyard dollar ayıracaq
Dünyanın ən varlı adamı Yer kürəsi üçün 10 milyard dollar ayıracaq
18 Fevral 2020 12:38 İKT"Amazon" şirkətinin təsisçisi və dünyanın ən zəngin adamı olan Jeff Bezos, iqlim dəyişikliyi ilə mübarizəyə 10 milyard dollar vəsait ayıracağını bildirib.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, iqlim dəyişikliyi ilə "Bezos Earth Fund" məşğul olacaq.
Bezos fondun "elm adamlarına, fəallara, qeyri-hökumət təşkilatlarına" və "təbiətin qorunması üçün real imkanlar yaradanlara" qrant verəcəyini deyib.
Qeyd edək ki, 10 milyard dollar onun ümumi sərvətinin 8%-ni təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31