“Youtube”un yaranmasından 15 il keçir
“Youtube”un yaranmasından 15 il keçir
14 Fevral 2020 11:15 İKTTarixdə bu gün dünyanın ən böyük video paylaşma sistemlərindən biri "Youtube"un fəaliyyətə başlayıb.
Olaylar.az bildirir ki, "YouTube" 3 köhnə PayPal işçisi tərəfindən qurulmuş və 2006-cı ilin oktyabrında Google tərəfindən satın alınmışdır.
"Tube" sözü Cathode Rals Tube; Televiziya tubiki - borusu (elektron şüa borusu) sözündən gəlmişdir. "Broadcast Yourself" - "Özünü Yayımla" şüarı ilə yola çıxmışdır.
Əvvəllər PayPal-da işləyən Steve Chen, Chad Hurley və Jawed Karim videoların e-mail on yollanıla bilməməsi üzərinə 15 fevral 2005-ci ildə yaradılmasına baxmayaraq monetar problemlər səbəbi ilə ilk video 23 aprel 2005-ci ildə Jawed Karim tərəfindən yüklənmişdir.
YouTube 9 oktyabr 2006-cı ildə Google tərəfindən 1.65 milyard dollara satın alınmışdır. Bu Google tarixindəki ən böyük alqıdır. Google-un ödədiyi 1.65 milyard dollar YouTube əməkdaşları arasında paylaşılmışdır.
YouTube video formatı olaraq Flash Video Formatı (*. flv) istifadə edir. İnternet saytında istənilən video kliplər Flash Video olaraq izlənəbilir və ya kompüterә *. flv formatında fayl olaraq endirilə bilər. Video klipləri izləmək üçün Adobe Flash plug-ini kompüterdə qurulu olmalıdır. Saytda qoyulan video kliplər YouTube tərəfindən avtomatik olaraq 320x240 pixele keçirilir və Flash Video Formatchr("39")a (. Flv) çevrilməkdədir. Mart 2008-ci ildə yüksək keyfiyyət olaraq 480x360 pixels variantı əlavə olunmuşdur.
AVI, MPEG və ya Quicktime vs. video formatına sahib videolar istifadəçi tərəfindən YouTube-a ən çox 1 GB tutumunda yüklənəbilir.
YouTube platformasında istifadəçilər video kliplərә baxa bilməkdə ayrıca istənildiyində öz video klipini YouTube-a yükləyə bilirlər.
Bu platformada iştirak edən istifadəçinin inkişaf etdirdiyi fayllar, fərdi həvəskar kliplәr, video kliplәr film, TV proqramları parçacıqları və musiqi videolarıchr("39")ndan ibarətdir. İstifadəçilər tərəfindən YouTube-a gündəlik təxminən 65.000 ədəd yeni klip yerləşdirməkdə və 100 milyona yaxın video klip izlənilməkdədir.
İstifadə şərtlərinə uyğun gəlməyən video klipler istifadəçilərin bildirişləri ilə YouTube səlahiyyətliləri tərəfindən araşdırılaraq silinir.
YouTube üzvləri izlədikləri video klipləri dəyərləndirib bal verəbilərlər ayrıca izlədikləri video klip haqqında şərhlər də yazabilərlər.