“WhatsApp” istifadəçilərinin sayı 2 milyarda çatdı

“WhatsApp” istifadəçilərinin sayı 2 milyarda çatdı

"WhatsApp" messencerinin istifadəçilərinin sayı iki milyard təşkil edib. Bu barədə şirkətin korporativ bloqunda deyilir. 2020-ci ilədək Yer kürəsi əhalisinin sayı 7,7 milyard nəfər olub.

"İstifadəçi məlumatlarının daha yaxşı qorunması üçün biz daim təhlükəsizlik sahəsində aparıcı mütəxəssislərlə birgə çalışırıq, sahə üzrə ən yeni texnologiyalardan istifadə edirik", - bloqda qeyd olunur.

Qeyd edək ki, "WhatsApp" messenceri 2014-cü ildə "Facebook" şirkəti tərəfindən 19 milyard dollara satın alınıb və o vaxtdan ona məxsusdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31