Çin şirkətləri əlavələr mağazası yaradacaqlar

Çin şirkətləri əlavələr mağazası yaradacaqlar

Çinin "Xiaomi", "Huawei Technologies", "Oppo" və "Vivo" kimi texnoloji nəhəngləri oyun, musiqi, film və müxtəlif əlavələrin yerləşdiriləcəyi və satılacağı vahid platformanın yaradılması üzərində çalışırlar.

"GDSA" (Global Developer Service Alliance) adlı platforma proqram tərtibatçılarına məhsulları xarici bazarlarda tanıtdırmağı asanlaşdıracaq. Dörd şirkətin hər biri konkret regionlarda öz üstünlüyündən istifadə edəcək. Məsələn, "Xiaomi" Hindistanda, "Vivo" və "Oppo" Cənub-Şərqi Asiyada, "Huawei" Avropada.

Analitiklərin fikrincə, "GDSA" platforması "Google Play" servisi ilə ciddi rəqabət aparacaq. Yeni platformanın martda istifadəyə veriləcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31