Ən yeni texnologiyaların sınaqları üçün “superşəhər” tikiləcək

Ən yeni texnologiyaların sınaqları üçün “superşəhər” tikiləcək

Yaponiya Nazirlər Kabineti "superşəhər"in yaradılması haqqında qanun layihəsini təsdiqləyib. Bu barədə yerli "NHK" teleradio şirkətinin məlumatında deyilir.

Plana görə, "superşəhər"də ən son şəhər texnologiyalarının sınaqlarının keçirilməsi nəzərdə tutulur. Məsələn, məhsullar pilotsuz uçan aparatlar vasitəsi ilə çatdırılacaq, küçələrdə avtomatik idarəetmə sistemli avtomobillər hərəkət edəcək, bütün ödənişlər isə nağdsız aparılacaq.

"Superşəhər"in yaradılması süni intellekt texnologiyalarının geniş istifadəsinə gətirib çıxaracaq dördüncü sənaye inqilabının inkişafı üçün əsas rol oynayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31