“YouTube” bir ilə 15 mlrd. dollar gəlir gətirib

“YouTube” bir ilə 15 mlrd. dollar gəlir gətirib

"Google" ilk dəfə olaraq YouTube sosial şəbəkəsinin gəlirlərini açıqlayıb.

Olaylar.az bildirir ki, Google Alphabet-in 2019-cu ilin dördüncü rübü üzrə hesabatına əsasən "YouTube" reklamlardan rüb ərzində 4,72 mlrd. dollar, ildə isə 15,15 mlrd. dollar (əvvəlki illə müqayisədə 36% çox) gəlir gətirib.

Qeyd edək ki, "Google" YouTube videoxidmətini 1,65 mlrd. dollara alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31