“YouTube” videohostinqinin mənfəəti məlum oldu
“YouTube” videohostinqinin mənfəəti məlum oldu
4 Fevral 2020 11:54 İKT2019-cu ilin son üç ayı ərzində dünyanın ən böyük videohostinqi "Google" şirkətinə təxminən 5 milyard dollar mənfəət qazandırıb. Bu haqda "Alphabet"in maliyyə hesabatından məlum olub.
"YouTube" təxminən 15 ildir axtarış sisteminə məxsusdur, ancaq əvvəllər şirkət heç vaxt videohostinqdən əldə etdiyi gəliri açıqlamırdı. 2006-cı ildə "Google" şirkəti 1,65 milyard dollara "YouTube"u satın almışdı.
Hesabata əsasən, 2019-cu ildə videohostinqin reklam gəliri 15 milyard dollar təşkil edib. 2018-ci illə müqayisədə "YouTube"un gəliri 36,5% yüksəlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31