Yeni “Nokia” smartfonları təqdim ediləcək

Yeni “Nokia” smartfonları təqdim ediləcək

"Nokia" şirkəti (HMD Global istehsalçısına məxsusdur) fevralın 23-də İspaniyanın Barselona şəhərində "MWC" sərgisi çərçivəsində keçiriləcək yeni smartfonların təqdimat mərasiminə dəvətnamələr göndərməyə başlayıb. Tədbirdə şirkət tərəfindən beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ilk smartfonların, o cümlədən "Snapdragon 765" prosessoru, 8 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilən "Nokia 8.2" modelinin nümayişi gözlənilir. Qiyməti 500 avroya yaxın olacaq yeni qurğu irəliyə çıxan mexanizmə malik ön kamera ilə təchiz ediləcək.

Bundan başqa, 6,2 düymlük "LCD" displey, "Snapdragon 632" prosessor, 4 giqabaytlıq operativ, 64 giqabaytlıq quraşdırılmış yaddaş və arxa paneldə yerləşən qoşa kameraya malik "Nokia 5.2" smartfonu nümayiş olunacaq.

Həmçinin 6 düymlük "LCD" ekran, "MediaTek" prosessor, 1 giqabaytlıq operativ və 8 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilən ucuz "Nokia 1.3" modelinin təqdim ediləcəyi ehtimal edilir. Smartfon "Android 10 Go Edition" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31