Feysbuk koronavirusla bağlı hərəkətə keçdi - Yanlış məlumatlar silinəcək

Feysbuk koronavirusla bağlı hərəkətə keçdi - Yanlış məlumatlar silinəcək

Xəbər verdiyimiz kimi, Çin ərazisində koronavirusa yoluxanların sayı 9390 nəfərə çatıb, 213 nəfər ölüb.

Virus özü ilə bərabər şişirilmiş iddialar da gətirib.

Sosial media nəhənglərindən olan Feysbuk epidemiya ilə bağlı verdiyi açıqlamada gerçəklik payı olmayan iddiaların və yanlış məlumatların platformadan silinəcəyini qeyd edib.

Sözügedən paylaşımların qlobal səhiyyə qurumlarına və yerli orqanlara ziyan vurduğunu bildirən sosial şəbəkə rəsmiləri oxşar məzmunları aşkar etmək və aradan qaldırmaq üçün proaktiv axtarış mexanizmini işə salacaqlarını vurğulayıb.

Qeyd edək ki, şirkət xüsusilə yanlış müalicə metodları haqqında postlara fokuslanacaq.

publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31