15 dəqiqədə 13,2 milyard dollar qazandı
15 dəqiqədə 13,2 milyard dollar qazandı
31 Yanvar 2020 11:27 İKTDünyanın ən varlı adamı olan "Amazon" şirkətinin rəhbəri Ceff Bezos varidatını daha da artırıb.
Ötən gün şirkətin rüblük göstəriciləri açıqlanandan sonra dünya bazarında "Amazon"un səhmləri kəskin bahalaşıb. Nəticədə şirkətin dəyəri 15 dəqiqə ərzində 13,2 milyard dollar yüksəlib.
Bildirilir ki, ümumi bahalaşma 12 faizdən çoxdur. Səhmlərin belə dəyər qazanmasında "Amazon"un record həddə - 87,4 milyard dollar məbləğində gəlir əldə etməsi səbəbindən baş verib.
Qeyd edək ki, Ceff Bezosun varidatı 129,5 milyard dollar çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31