Avropa İttifaqı süni intellekt üçün öz prosessorunu hazırlayır

Avropa İttifaqı süni intellekt üçün öz prosessorunu hazırlayır

ABŞ-ın mikroprosessor sənayesində inhisarçılığı tədricən ləğv edilir. Çin və Rusiyadan sonra Avropa İttifaqı da öz prosessorunu hazırlayır. "European Processor Initiative" (EPI) çərçivəsində məhsuldar proqramlar üçün prosessor hazırlanır.

"EPI"nin direktoru Jan-Mark Denisin məlumatına görə, prosessor 6 nanometrlik texnologiya üzrə hazırlanacaq. Sözügedən prosessor cari ilin sonunda, yaxud gələn ilin əvvəlində təqdim ediləcək. "Zeus" adlandırılacaq prosessor "ARM" bazasında hazırlanacaq, amma öz arxitekturasına malik olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31