Bu proqramlar hər bir telefonda olmalıdır! – İnternetsiz işləyir, təbii fəlakətlər zamanı həyat qurtarır
Bu proqramlar hər bir telefonda olmalıdır! – İnternetsiz işləyir, təbii fəlakətlər zamanı həyat qurtarır
28 Yanvar 2020 13:21 İKTTürkiyənin Elazığ şəhərində baş verən güclü zəlzələdən sonra təbii fəlakətlər zamanı internetsiz işləyə bilən telefon proqramları gündəmə gəlib.
İnternet olmadan da fasiləsiz rabitəni təmin edə bilən tətbiqlər son günlərdə yüklənmə rekordu qırır.
Olaylar.az həmin proqramlardan bəzilərini təqdim edir:
"Firechat" - bu tətbiq "Bluetooth" və "WiFi" quraşdırılmış telefonlar arasında əlaqə yaratmağa imkan verir.

"Bridgefy" - İnternet şəbəkəsi olmayan yerlərdə yalnız "Bluetooth" vasitəsilə 100 metr məsafədəki insanlarla ünsiyyət qurmağa imkan yaradır.

"MeshTalk" - "Oppo" markası tərəfindən hazırlanan texnologiya vasitəsilə "WiFi" şəbəkəsi olmadan 3 km ərazidə foto, video və mətn göndərə bilərsiniz.

Voxer - "WiFi" vasitəsilə telefonunuzu ratsiyaya çevirir və ətrafınızdakı insanlarla ünsiyyət qurmağa imkan verir.

/Yeni Sabah/