“WhatsApp” köhnə smartfonları dəstəkləməyəcək
“WhatsApp” köhnə smartfonları dəstəkləməyəcək
27 Yanvar 2020 11:48 İKT"WhatsApp" messencerinin tərtibatçıları köhnə mobil qurğuların dəstəyinin, planlaşdırıldığı kimi, dayandırılması haqqında məlumat veriblər. 2020-ci ilin fevralın 1-dən etibarən populyar mesajlaşma proqramı "Android 2.3.7" və "iOS 8" köhnə mobil əməliyyat sistemlərinin idarəetməsi altında işləyən smartfon və planşetləri dəstəkləməyəcək.
Messencerin problemsiz istifadəsi üçün "Android 4.0.3" və ya "iOS 9" versiyaları lazım olacaq. "WhatsApp" messenceri "KaiOS 2.5.1" sistemli aparatlarda işləyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31