"Google" və "Facebook"un işində problemlər yaranıb

"Google" və "Facebook"un işində problemlər yaranıb

"Google" və "Facebook"un işində qüsurlar yaranıb.

Bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Məlumata əsasən, "Facebook" işində texniki qüsurlar əsasən ABŞ, Latın Amerikası, Avstraliya, həmçinin bir neçə Avropa ölkəsində müşahidə edilir.

"Google"ın işində isə qüsurlar dünyanın bir sıra ölkəsində müşahidə edilir. Əsasən qüsurlar "Google" axtarış sistemində, "YouTube" videohostinqində və "Gmail" servisində qeydə alınıb.

Xeberoxu.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31