“Apple” 5G texnologiyasını dəstəkləyən “iPhone” modellərini təqdim edəcək
“Apple” 5G texnologiyasını dəstəkləyən “iPhone” modellərini təqdim edəcək
15 Yanvar 2020 11:53 İKTABŞ-ın "Apple" korporasiyası 2020-ci ildə 5G texnologiyasını dəstəkləyən yeni "iPhone" modellərini təqdim edəcək. Bu haqda yanvarın 13-də şirkətinin məhsul üzrə analitiki Minq-Çi Kuo məlumat verib.
Onun sözlərinə görə, belə cihazlar cari ilin ikinci yarısında 5 ölkədə (ABŞ, Kanada, Yaponiya, Koreya və Böyük Britaniya) satışa çıxarılacaq. Analitik qeyd edib ki, şirkət 5G əhatə dairəsi zəif olan və ya belə imkan təklif etməyən ölkələrdə 5G-ni söndürə bilər.
Kuo deyib ki, "Apple" yeni modellərin buraxılışı üzrə plana düzəliş edir, amma 2020-ci ilin 3 və ya 4-cü rübünün əvvəlində tədarüklərə başlanıla bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31