ESET: “WhatsApp”da fərdi məlumatlar oğurlanır
ESET: “WhatsApp”da fərdi məlumatlar oğurlanır
14 Yanvar 2020 12:56 İKT"WhatsApp" sosial şəbəkəsində növbəti təhlükə aşkarlanıb.
Olaylar.az xarici mediaya istinadən bildirir ki, antivirus şirkəti "ESET" mütəxəssislərinin verdiyi məlumata görə, istifadəçilərə göndərilən mesajda "Adidas" kompaniyasının yubileyi ilə əlaqədar ayaqqabı və idman köynəyi hədiyyə edəcəyi bildirilir. Bunun üçün isə istifadəçilər mesajdakı linkə daxil olub sorğuda iştirak etməlidirlər. Həmçinin bu mesajı kontaktında olan 20 nəfərə göndərməlidir.
Kiber cinayətkarlar "Adidas" şirkətinin loqotipindən və bir neçə ay əvvəl qeydiyyatdan keçmiş domendən istifadə etdikləri üçün şəbəkə istifadəçilərinin şəxsi məlumatlarını ələ keçirirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31