Dünyanın ən böyük radio teleskopu fəaliyyətə başladı

Dünyanın ən böyük radio teleskopu fəaliyyətə başladı

Dünyanın ən böyük radio teleskopu "FAST"ın sınaq mərhələsi tamamlanıb.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, çinli alimlər teleskopun rəsmi olaraq fəaliyyətə başladığını bildiriblər.

Çinin Guizhou vilayətinin cənub-qərbində qurulan teleskop 180 milyon dollara başa gəlib.

Saniyədə 38 GB məlumat toplamağa qadir olan "FAST" kosmik qalaktikalarda təbii hidrogen tapacaq, zəif pulsar siqnalları aşkarlayacaq və kosmosun tədqiqinə kömək edəcək. Teleskop zaman keçdikcə beynəlxalq astronomlar üçün fəliyyət göstərəcək.

Teleskopun mühəndisi Jiang Pengdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31