Ən dayanıqlı batareya hazırlandı
Ən dayanıqlı batareya hazırlandı
13 Yanvar 2020 13:18 İKTCon Hopkins Universitetinin Tətbiqi fizika laboratoriyasının alimləri dünyada ən dayanıqlı batareya hazırlayıblar. Yenilik yanğına, istənilən kimyəvi birləşmələrə, suya və hətta gülləyə dayanıqlıdır.
Con Hopkins Universitetinin Tətbiqi fizika laboratoriyasının fiziklərinin rəhbərliyi altında çalışan tədqiqatçılar komandası 5 il ərzində istənilən növ deformasiyalara qarşı dayanıqlı olan litium-ion batareyası üzərində işləyirdi. Alimlər sözügedən batareya üzərində müxtəlif əməliyyatları (kəsmək, əymək, güllə ilə vurmaq və müxtəlif kimyəvi maddələrin təsirinə məruz qoymaq) sınaqdan keçiriblər, lakin o öz işinə davam edib. Bu batareya, həmçinin odadavamlıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31