İnsan sifətini imitasiya edən material hazırlanıb
İnsan sifətini imitasiya edən material hazırlanıb
7 Yanvar 2020 15:12 İKTMassaçusets Texnologiya İnstitutunun alimləri tərəfindən yaradılmış material formasını dəyişdirə və insan sifətini imitasiya edə bilər. Bu texnoloji həll gələcəkdə süni əzələlərin sürətli hazırlanmasında istifadə edilə bilər.
Massaçusets Texnologiya İnstitutunun tədqiqatçısı Vim Van Ris nazik düz vərəqin mürəkkəb formalara (məsələn, insan sifətinə) çevrilməsi metodunu hazırlayıb. Alim deyib ki, adətən səth dartıla, sıxıla və ya parçalana bilmir və bu, tədqiqatçılar düz səthlərin formasını dəyişdirmək istədikdə problem yaradır.
"Gələcəkdə bu hazırlamadan süni əzələlərin yaradılmasında istifadə etmək olar, çünki material istənilən formanı ala bilər" - tədqiqatçılar deyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31