Uber “ban” edildi – “Pirat” taksilər çoxalmağa başladı
Uber “ban” edildi – “Pirat” taksilər çoxalmağa başladı
7 Yanvar 2020 15:10 İKTİstanbulda qeyri-qanuni taksilər çoxalmağa başlayıb.
Olaylar.az türk mediasına istinadən bildirir ki, buna səbəb İstanbulda "Uber" taksi sifarişi həyata keçirən mobil tətbiqə qadağa qoyulmasıdır.
Yerli qanuni taksilər assosiasiyasına görə, təkcə İstanbulda 5000-dən çox "pirat" maşın fəaliyyət göstərir.
"Uber"ə qadağa qoyulması nəticəsində sərnişin daşımalarına icazənin qiymətində də 55% artım müşahidə olunub.
Qeyd edək ki, İstanbul məhkəməsinin qərarına görə, "Uber" azad rəqabət qaydasını pozur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31