“Samsung Galaxy S10 Lite” smartfonunun dizaynı təsdiqlənib

“Samsung Galaxy S10 Lite” smartfonunun dizaynı təsdiqlənib

İnternetdə "Galaxy S10" modelinin ucuz versiyası olduğu ehtimal edilən yeni "Samsung SM-G770F" smartfonunun istifadəçi təlimatı dərc edilib.

"Galaxy S10 Lite" istifadəçi təlimatında smartfonun dizaynı və bir sıra texniki xüsusiyyətləri açıqlanıb. O, xarici görünüşünə görə "Samsung" şirkətinin 2020-ci ildə buraxılacaq bir sıra modellərinə bənzəyəcək.

Məlumata görə, "Galaxy S10 Lite" modelinin arxa panelində 3 kameradan ibarət blok yerləşəcək (48 12 5 meqapiksel). Bundan başqa, smartfon "Samsung Pay" ödəniş sistemi üçün "NFC" və "MST" funksiyaları, 8 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaş tutumlu "Snapdragon 855" prosessoru ilə təchiz ediləcək. Ekran diaqonalı 6,7 düym, təsvir ölçüsü "Full HD " təşkil edir. Akkumulyator tutumu 4500 milliamper/saata bərabərdir.

"Samsung Galaxy S10 Lite" smartfonunun yanvarda "CES 2020" sərgisində nümayiş olunacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31