Bu ölkə 2020-ci ildə öz GPS sisteminə malik olacaq
Bu ölkə 2020-ci ildə öz GPS sisteminə malik olacaq
29 Dekabr 2019 16:25 İKTÇinin "Beydou-3" (ABŞ-ın "GPS" texnologiyasının analoqu) peyk naviqasiya sisteminin hazırlanması 2020-ci ilin birinci yarısında son iki peykin buraxılışından sonra başa çatacaq. Layihənin direktoru Ran Çensi jurnalistlərə açıqlayıb ki, mövqeyi təyinetmə sisteminin nüvəsi üzərində işlər bu ay başa çatdırılıb. "Beydou-3" qruplaşmasına 24 peyk daxil olacaq.
Onun sözlərinə görə, sistem yüksək effektivlik göstəricilərinə malikdir, yeni texnoloji sistemlər, yüksək lokalizasiya, geniş şəbəkədən ibarətdir və çoxlu sayda istifadəçini əhatə edir".
"Beydou-3" sistemi üzərində aparılan işlər 2020-ci ilin iyununda tamamilə başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31