2019-cu ilin ən yaxşı texnologiyası- Süni ağaclar
2019-cu ilin ən yaxşı texnologiyası- Süni ağaclar
28 Dekabr 2019 16:53 İKTHər ilin sonunda populyar "Popular Science" jurnalının müəllifləri ən yaxşı texnologiyanı müəyyənləşdirirlər. Bu dəfə qlobal istiləşmənin qarşısını alaraq planeti təmizləmək qabiliyyətinə malik süni ağaclar bu nüfuzlu mükafata layiq görülüb.
Süni ağac Arizona Universitetinin professoru Klaus Layner və "Silicon Kingdom Holdings" şirkətinin dəstəyi ilə onun iş yoldaşları tərəfindən hazırlanıb. Klausun sözlərinə görə, bu, dünyada ilk passiv birbaşa hava çəkmə texnologiyasıdır.
"MechanicalTree" - bu, tamamilə hazır kommersiya məhsuludur. 1200 belə ağacdan ibarət meşə havanı daha çox karbon qazından təmizləmək imkanına malikdir.
2020-ci ildə belə ağacların mərhələli əkilməsi planlaşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31