İlk üzən nüvə stansiyası elektrik istehsalına başlayıb

İlk üzən nüvə stansiyası elektrik istehsalına başlayıb

Dünyanın ilk üzən nüvə stansiyası şəbəkəyə bağlanaraq ilkin elektrik istehsalına başlayıb.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, "Akademik Lomonosov" adı verilən stansiya Rusiyanın şimalındakı Pevek şəhərini elektrik enerjisi ilə təmin edəcək. 

Rusiya Atom Enerjisi Təşkilatından (ROSATOM) verilən məlumata görə, üzən stansiyanın yüksək gərginlik şəbəkəsinə bağlanaraq elektrik verməyə başlaması üçün generatorlar sahildəki şəbəkəyə quraşdırılıb.

ROSATOM-un Baş direktoru Aleksey Luqaçev bildirib ki, Pevekin istilik şəbəkəsinə bağlanma işləri tam olaraq 2020-ci ildə bitəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31