Xiaomi-ni casusluqda ittiham edirlər

Xiaomi-ni casusluqda ittiham edirlər

Qərb dünyası mütəmadi olaraq Çin şirkətlərini casusluqda günahlandırır. İddia olunur ki, həmin şirkətlər Çin hökuməti üçün fərdi məlumatlar toplayırlar. 

İndi isə "Xiaomi" və "Tencent" kimi şirkətləri Çin hökuməti özünə qarşı təhlükə hesab edir. 

Hökumət sözügedən texnologiya nəhənglərinin adını istifadəçilərin şəxsi məlumatlarını qanunsuz toplamaq üzrə ölkənin ən böyük şirkətləri siyahısına yerləşdirib. 

Çinin Sənaye, İnformasiya və Texnologiyalar Nazirliyi fərdi məlumatların toplanması və yenidən satılması ilə bağlı milli qanunları pozan 41 tətbiqin siyahısını tərtib edib. 

Tətbiqlərin siyahısına "Xiaomi Finance", "Tencent QQ" (sürətli mesajlaşma xidməti), "QQ Reading" (elektron kitablar üçün hazırlanmış platforma), "Sina Corp" və "FlashEX" (çatdırılma xidməti) daxildir.

Xatırladaq ki, keçən ay Çin hökuməti bu cür mobil tətbiqləri qara siyahıya salmaq və əngəlləmək üçün  kampaniya başladıb.

TED.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31