Rusiya və Belarus arasında rouminq ləğv olunur – Rabitə Nazirliyi

Rusiya və Belarus arasında rouminq ləğv olunur –Rabitə Nazirliyi

Rusiya Belarusla rouminqi ləğv etmək üçün yol xəritəsinin son variantını tam razılaşdırıb və hazırda onun Minsk tərəfindən imzalanmasını gözləyir.

TASS-ın verdiyi məlumata görə, bunu Rusiyanın Rabitə Nazirliyinin mətbuat katibi Yevgeni Novikov deyib.

Onun sözlərinə görə, yol xəritəsinin qanunvericiliklə təsbit edilməsi ilə bağlı təkliflər 2020-ci ilin martında hazırlanmalıdır.

"Belarus rouminq zamanı daxil olan zənglər üçün ödənişi 6 ay ərzində, yəni 2020-ci ilin sentyabrından gec olmayaraq ləğv etməlidir. Bu vaxtadək rouminq zənglərinin düzgün yönləndirilməsi və tarifikasiyasını təmin etmək məqsədilə bütün texniki, təşkilati və digər tədbirlər başa çatdırılmalıdır", - deyə Y. Novikov bildirib. (apa)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31