Feysbukda istifadəçilərin şəxsi məlumatları oğurlandı

Feysbukda 267 milyon istifadəçinin şəxsi məlumatları oğurlandı

Feysbuk sosial şəbəkəsinin 267 milyon 140 min 436 istifadəçisinin şəxsi məlumatları 2 həftə ərzində internetə sızıb.

Problemin şirkət tərəfindən tapılıb bilgilərin silindiyi bildirilsə də, mütəxəssislər istifadəçi məlumatlarının kopyalanmış ola biləcəyini deyir.

Qeyd edək ki, bu, Feysbukda yaranan ilk belə problem deyil. 2018-ci ildə "Cambridge Analytica" firmasının 400 milyondan çox üzvünün şəxsi bilgiləri icazəsiz şəkildə istifadə edilmiş, olayın ortaya çıxması böyük mübahisəyə səbəb olmuşdu.

Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31