Dünyanın ən güclü smartfonlarının reytinqi yenilənib
10 Dekabr 2019 17:02 İKTMobil qurğuların məhsuldarlığını qiymətləndirən populyar "AnTuTu" xidməti yeni reytinqini dərc edib. Mütəxəssislər, həmçinin orta qiymət seqmentində ən güclü qurğuların siyahısını tərtib ediblər.
Ən sürətli modellərin daxil edildiyi birinci reytinqdə 496 662 bal toplamış "ASUS ROG Phone 2" aparatı ilk pillədə qərarlaşıb. 482881 bal toplamış "OnePlus 7T" smartfonu ikinci, "OnePlus 7T Pro" isə üçüncü yerdə qərarlaşıb.
Orta qiymət seqmentində lider 283092 bal toplamış "Redmi Note 8 Pro" olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31