“Instagram”dan növbəti ŞƏRT
“Instagram”dan növbəti ŞƏRT
5 Dekabr 2019 11:37 İKT"Instagram" sosial şəbəkəsində hesab yaradarkən doğum tarixinin göstərilməsi tələb ediləcək. Bu haqda dekabrın 4-də sosial şəbəkənin saytında dərc edilmiş məlumatda deyilir.
"Bu gündən başlayaraq "Instagram"da hesab yaradarkən doğum tarixinin göstərilməsi tələb olunacaq. Sosial şəbəkədən istifadə qaydalarımıza görə, əksər ölkələrdə hesab yaratmaq üçün ən azı 13 yaşınız olmalıdır" - məlumatda deyilir.
Məlumata görə, doğum tarixi digər istifadəçilər üçün əlçatan olmayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31