Elektron poçt planetə avtomobil və təyyarələrdən daha böyük zərər vurur

Elektron poçt planetə avtomobil və təyyarələrdən daha böyük zərər vurur

Britaniyalı analitiklərin araşdırmalarına görə elektron poçt planetə avtomobil və təyyarələrdən daha böyük zərər vurur.

Olaylar.az bildirir ki, bu barədə "4pda.ru" saytı məlumat verib.

Məlumata görə, mütəxəssislər serverlərin işləməsini təmin edən elektrik stansiyaları tərəfindən havaya buraxılan karbon qazının tullantısını planet üçün ciddi təhlükə hesab edirlər. 

Analitiklər bildirib ki, əgər Böyük Britaniyanın hər bir sakini gündəlik ən azı bir belə mesajdan imtina etsəydi, onda bir il sonra atmosferə buraxılan karbon qazının tullantısını 16 min ton azaltmaq mümkün olardı.

Hesabata əsasən, yalnız Böyük Britaniyada hər gün təxminən 64 milyon "faydasız" məktub göndərilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31