“Facebook” dan YENİLİK

“Facebook” dan YENİLİK

"Facebook" sosial şəbəkəsi tərəfindən amerikalı istifadəçilər üçün təqdim edilmiş "Viewpoints" proqramında istifadəçilər sorğularda iştiraka və başqa tapşırıqların yerinə yetirilməsinə görə maliyyə mükafatı ilə qiymətləndiriləcək. Bu haqda şirkətin bloqunda məlumat verilib.

Hazırda xidmət yalnız amerikalı istifadəçilər üçün əlçatandır, ancaq "Viewpoints" artıq 2020-ci ildə başqa ölkələrdə də əlçatan olacaq. Yalnız "Facebook"da qeydiyyatdan keçmiş və yaşı 18-dən yuxarı olan insanlar bu mobil tətbiqdən istifadə edə biləcəklər. Lakin xidmət onların fərdi məlumatlarını (elektron poçt ünvanı, yaşayış yeri, doğum tarixi, ad və soyad, bəzən isə olduğu yeri) istəyəcək.

"Facebook"un nümayəndəsi bildirib ki, şirkət "Viewpoints" tətbiqini yalnız öz məhsulunu yaxşılaşdırmaq üçün çıxarıb, toplanmış məlumatlar üçüncü şəxslərə verilməyəcək.

Mütəxəssislər sosial şəbəkə istifadəçilərinin fərdi məlumatlarının itkisi ilə bağlı çoxsaylı qalmaqallara görə artıq "Facebook"un bu təşəbbüsünü tənqid ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31