Nasist salamına görə cəzalandı

Nasist salamına görə cəzalandı

Hollandiya millisinin keçmiş üzvü Marko van Bastenin efirdə verdiyi nasist salamına görə Fox Sports-dakı işi 1 həftəlik dayandırılıb.

Hollandiyalının 1 həftəlik maaşı İkinci Dünya Müharibəsi tarixi haqqında məlumatlılığı və biliyi artırmaq üçün Hərbi Sənədlər İnstitutuna köçürüləcək.

Xatırladaq ki, "Ayaks" - "Herakles" matçından əvvəl "Fox Sports"un aparıcısı Hans Kray Almaniyada "Herakles"in baş məşqçisi Frank Vormutdan müsahibə almışdı. Bu zaman, həmkarının almanca tələffüzünü şərh edən van Basten, alman dilində nasist salamı verib. O daha sonra zarafatına görə üzr istəyib.

Offsideplus.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31