YUNESKO süni intellekt sahəsində etik normalar hazırlayacaq
YUNESKO süni intellekt sahəsində etik normalar hazırlayacaq
22 Noyabr 2019 17:05 İKTYUNESKO-ya üzv dövlətlər təşkilata süni intellekt sahəsində etik normalar hazırlamağı tapşırıblar. Bu haqda "France Presse" agentliyi BMT-yə istinadən məlumat verib.
Agentliyin məlumatına görə, bu, iştirakçı ölkələrin yekdil qərarı olub. Etik normaların hazırlanması ilə bağlı 193 dövlət səs verib.
Bildirilir ki, YUNESKO beynəlxalq ekspertlərə müraciət edəcək və onlar etik normaların hazırlanması üzərində 18 ay işləyəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31