“Facebook” memlərin hazırlanması üçün mobil tətbiqini sınaqdan keçirir
“Facebook” memlərin hazırlanması üçün mobil tətbiqini sınaqdan keçirir
21 Noyabr 2019 10:49 İKT"Facebook" şirkəti istifadəçilərə ən populyar memlərin müxtəlif variantlarını hazırlamağa imkan verən yeni mobil tətbiqini istifadəyə verib. "Whale" adlandırılmış mobil tətbiq hələ ki yalnız Kanada ərazisində əlçatandır. Yeni mobil proqram istifadəçilərə populyar memlərin öz versiyasını hazırlamağa imkan verir. Bunun üçün proqramda geniş kitabxana və emodzi, yazı və şəkillər əlavə etmək imkanı var.
Son nəticəni "Facebook", "Instagram" və ya "WhatsApp"da dostlarla paylaşmaq mümkündür. Bu mobil tətbiqin hazırlanması ilə "Facebook"un eksperimental bölməsi məşğul olub və sınaqlar Kanadada keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31