“Samsung” yeni qatlanan smartfonunu təqdim etdi
“Samsung” yeni qatlanan smartfonunu təqdim etdi
20 Noyabr 2019 13:16 İKT"Samsung" şirkəti planlaşdırıldığı kimi, Çində "W20 5G" adlı ikinci qatlanan smartfonunu təqdim edib. Qurğu daha əvvəl təqdim edilmiş "Galaxy Fold" kimi eyni form-faktorunda hazırlanıb, lakin həm xarici, həm də texniki fərqlərə malikdir.
Yeni "W20 5G" aparatı 1680x720 piksel təsvir ölçülü 4,6 düymlük ekran, daxildə isə 2152x1536 piksel təsvir ölçülü və "HDR10 " texnologiyasını dəstəkləyən böyükölçülü 7,3 düymlük ekranla təchiz edilib.
Smartfon beşinci nəsil şəbəkələrini dəstəkləyən 8 nüvəli "Snapdragon 855 Plus" prosessoru, 12 QB əməli yaddaş, 512 QB daşıyıcı, 4235 milliamper/saat tutumlu akkumulyator batareyası ilə təchiz edilib. Əsas kamera üç moduldan ibarətdir: 12 meqapiksellik adi genişbucaqlı, 12 mp-lik telefoto və 16 mp-lik ultra genişbucaqlı.
Yeni aparatın satışa çıxarılma tarixi və qiyməti hələ ki məlum deyil.