Bill Qeyts "Amazon"un rəhbərini devirdi
Bill Qeyts "Amazon"un rəhbərini devirdi
16 Noyabr 2019 11:15 İKT"Maykrosoft" şirkətinin təsisçisi Billi Qeyts "planetin ən zəngin insanı" titulunu qaytarmağa müvəffəq olub.
Olaylar.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri yazıb.
Məlumata görə, "Amazon"un sahibi Ceff Bezosu keçməklə Qeyts son 2 ildə ilk dəfə birinci pilləyə yüksəlib.
Bill Qeytsin sərvəti 110, Bezosun sərvəti isə 109 milyard dollar qiymətləndirilir. Siyahıda üçüncü pillə Fransanın LVMH şirkətinin sabibi Bernar Arnodur. Onun sərvəti təxminən 103 milyard dollara bərabərdir.
Qeytsin ilk pilləni qaytarmasına səbəb kimi "Maykrosoft" şirkətinin ABŞ Müdafiə Nazirliyi ilə 10 il müddətinə 10 milyard dollarlıq müqavilə imzalaması göstərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31