Kollektiv düşüncə prinsipi üzrə işləyən robotlar hazırlandı

Kollektiv düşüncə prinsipi üzrə işləyən robotlar hazırlandı

Massaçusets Texnologiya İnstitutunun alimləri kollektiv düşüncəyə malik robotların iş prinsipini nümayiş etdiriblər.
Qurğu kub şəklində hazırlanıb. Hər bir belə avtomatlaşdırılmış kub müstəqil şəkildə hərəkət edə, təxminən 20 min dövr sürətlə fırlana və tullana bilər. Bundan başqa, qurğu bir neçə robotun birləşərək kollektiv düşüncə prinsipi üzrə işləməsinə kömək edən maqnitlərlə təchiz edilib.
Kub formasında olan robot müxtəlif konstruksiyalar şəklində yığıla və birgə hərəkət edə bilərlər. Alimlərin sözlərinə görə, belə qurğular insanları xilas etmək üçün lazım ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31