“Sony” smartfonlar üçün qabaqcıl “IMX686” sensorunu təqdim edib
“Sony” smartfonlar üçün qabaqcıl “IMX686” sensorunu təqdim edib
8 Noyabr 2019 12:27 İKT"Sony" şirkətinin mobil qurğuların kameraları üçün nəzərdə tutulmuş yeni sensoru ilə bağlı məlumat internetdə dərc edilib. "IMX686" adlandırılmış sensor 48 meqapiksellik "IMX586" modelini əvəz edəcək. İstehsalçı yeni sensorun çəkiliş imkanlarını müxtəlif şəraitdə çəkilmiş şəkil nümunələrindən yığılmış videoçarx formatında nümayiş etdirib.
İnternetdə yerləşdirilmiş 4K formatında videoçarx sensorun texniki xüsusiyyətləri haqqında məlumat açıqlamır və yeni sensorun köməyi ilə çəkilmiş şəkillərdən ibarətdir. Şayiələrə görə, "Sony IMX686" sensorunun təsvir ölçüsü 60 meqapiksel təşkil edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31