Dəriyə yapışdırılan epidermal saat hazırlandı

Dəriyə yapışdırılan epidermal saat hazırlandı

Nankin Universitetinin mühəndisləri insanın əlinin arxa tərəfinə yapışdırılan nazik ekranlı epidermal saat hazırlayıblar. Saatın üzərindəki rəqəmlər hətta günəş işığında görünəcək qədər parlaq, gərginlik isə dəriyə zərər verməmək üçün aşağıdır.

Saat üçün baza işıq saçan mikrozərrəciklərdən ibarət olan elektrolüminessensiya qatından hazırlanıb.

Tədqiqatçılar ümid edirlər ki, gələcəkdə belə ekranlar yumşaq robot texnikasında və beyin-kompüter interfeyslərində tətbiq edilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31