“5G” şəbəkəsində məlumatların ötürülməsi üzrə dünya rekorduna imza atdı - “Huawei” şirkəti
“5G” şəbəkəsində məlumatların ötürülməsi üzrə dünya rekorduna imza atdı -“Huawei” şirkəti
7 Noyabr 2019 12:16 İKT"Huawei" şirkəti adi smartfondan istifadə etməklə "5G" şəbəkəsində məlumatların ötürülmə sürəti üzrə yeni rekorda imza atıb.
Çin şirkəti Türkiyənin "Turk Telecom" rabitə operatoru ilə birgə "3GPP" standartına uyğun olaraq C diapazonda "5G" şəbəkəsini sınaqdan keçirib. Sınaqlar zamanı tərəfdaşlar 2,92 Qbit/s-dən yüksək sürət əldə etməyə nail olublar. Sınaqlarda "Turk Telecom" operatorunun SİM kartından istifadə edən "Huawei Mate X" smartfonu istifadə edilib.
"Huawei" şirkətinin rəsmisi bildirib ki, C diapazon və 2,6 QHs-lik diapazondan istifadə edən dünyada ilk "5G" kommersiya şəbəkələri artıq kommersiya istismarına buraxılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31