Printerdə çap olunan iki mərtəbəli ev REKORDLAR KİTABINA düşdü
Printerdə çap olunan bu iki mərtəbəli ev REKORDLAR KİTABINA düşdü
1 Noyabr 2019 15:10 İKTDubayda 3D printerdə çap olunan ən böyük iki mərtəbəli bina təqdim olunub.
Bina 3D çapdan istifadə edərək yaradılan ən böyük tikinti layihəsi olaraq Ginnesin Rekordlar Kitabına daxil edilib.
Evin hündürlüyü 9,5 metr, ərazisi 640 kvadrat metrdir. Maye material, öncədən kompüter tərəfindən göstərilən müəyyən marşrutla qat-qat düzülüb, daha sonra bərkiyərək betona çevrilib.
Tikintidə istifadə olunan texnologiyalar, binaların inşasının sürətini rekord həddə artırmağa və tikinti xərclərini azaltmağa imkan yaradacaq.
İki mərtəbəli evi cəmi 15 nəfər tikib. Bu, adətən tikintidə iştirak edənlərin yarısı qədərdir.
Bundan əlavə, proses zamanı tullantıların miqdarı da 60% az olub.
big.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31