“Google” 2019-cu ilin sonunadək “Adobe Flash” texnologiyasının dəstəyini dayandıracaq

“Google” 2019-cu ilin sonunadək “Adobe Flash” texnologiyasının dəstəyini dayandıracaq

"Google" şirkəti 2019-cu ilin sonunadək öz axtarış sistemində "Adobe Flash" texnologiyasının dəstəyinin dayandırılması haqqında məlumat verib. "Google" veb səhifələrdəki "Flash" məzmunu nəzərə almayacaq, həmçinin avtonom SWF faylların indeksləşdirilməsini dayandıracaq.

"Çoxlu sayda animasiya, media və hadisələrdən ibarət "Flash" texnologiyası darıxdırıcı statik şəbəkə üçün bir alternativ idi. Bu, internetdə yeni məzmun yaradıcılarının çoxunu ilhamlandıran bir texnologiya idi. İndi "HTML5" kimi veb standartlar mövcuddur" - internet nəhəngi öz bloqunda yazıb.

Artıq "Google Chrome 76", "Microsoft Edge" və "Mozilla Firefox 69" brauzerlərində "Flash" texnologiyası başlanğıc ayar kimi deaktiv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31