“TikTok” artıq məktəblərdə dərs üçün istifadə edilir

“TikTok” artıq məktəblərdə dərs üçün istifadə edilir

Bütün dünyada 1.4 milyard dəfə yüklənən "TikTok" proqramı sürətlə yayılmağa davam edir. "ByteDance" şirkətinə aid olan "TikTok" proqramının bu qədər yayılması, ABŞ-da bir çox məktəbdə "TikTok klubu"nun yaradılmasına və dərs məqsədi ilə istifadə edilməsinə yol açıb.

ABŞ-dakı bəzi təhsil ocaqlarında proqram tədris və əyləncə məqsədi ilə istifadə edilməyə başlanıb. "New York Times"da yer alan bir xəbərə görə, ABŞ-dakı liseylərdə "TikTok" o qədər yayılıb ki, tədris planına daxil edilərək, mktəblərdə klublar yaradılıb. Müəllimlər və valideynlər "TikTok" klublarının tədris və əyləncə üçün istifadə edilməsini dəstəkləyir. Uşaqları "TikTok"dan uzaqlaşdırmaqdansa, məsləhətçilərin və peşəkarların nəzarəti altında ən yaxşı "TikTok" videosu kimi yarışlar təşkil edilir. Bu da şagirdlərin məktəbdən soyumaması və öyrənmək üçün daha həvəslə gəlmələrinə səbəb olur.

Məsələn, Floridadakı "West Orange" məktəbinin müdürü Gordon verdiyi açıqlamasında "Şagirdləri maraqları olan şeylərə yönləndirməlisiniz. Digər sosial platformalarda qüsurlarınızı gizlədirsiniz. Amma burada olduğunuz kimisiniz", - deyə danışıb.

azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31