Smartfonların insan toxunuşlarına reaksiya verməsinə imkan verən unikal material hazırlanıb
Smartfonların insan toxunuşlarına reaksiya verməsinə imkan verən unikal material hazırlanıb
24 Oktyabr 2019 15:35 İKTAlimlər smartfonların insan toxunuşlarına reaksiya verməsinə imkan verən unikal material hazırlayıblar. İkiqat silikondan hazırlanmış material insan dərisini tamamilə imitasiya edə bilər.
Materialın yaradıcılarının sözlərinə görə, süni dəri arasında xüsusi elektrod qatı yerləşən ikiqat silikondan hazırlanıb. Elektrod qatı çox həssas sensorlar olan ultra-nazik məftillərdən ibarətdir. Telefon belə materialdan hazırlanmış çexola salındıqda emosiyaları həmsöhbətə göndərmək üçün sensor ekrana toxunuşa ehtiyac yoxdur, bundan ötrü insan üçün ənənəvi üsullardan istifadə etmək olar. Tumarlama, qıdıqlama və ya qəzəbli şəkildə toxunuşu sistem belə emosiyalara uyğun smaylik kimi tanıyır.
Mühəndislər tərəfindən "Skin-On" kimi adlandırılmış qurğunu müxtəlif mobil qurğulara, həmçinin noutbukda sensor panellərə və daşınabilən cihazlara qoşmaq mümkündür.