Məşhur sosial şəbəkə ev inşasına başlayıb
Məşhur sosial şəbəkə ev inşasına başlayıb
23 Oktyabr 2019 13:59 İKTFacebook baş ofisinin yerləşdiyi Kaliforniyada yaşayış yerlərinin tikintisinə 1 mlrd dollar ayırıb.
Olaylar.az bildirir ki, bu barədə şirkət özü məlumat yayıb.
Məlumata görə, Kaliforniya ştatında evlərin qiyməti daim qalxdığı üçün imkansız və orta təbəqəli ailələrin yaşamasına problem yaradır.
Facebook bildirib ki, ştat rəhbərliyi yaşayış yerli ilə bağlı böhranın öhdəsindən təkbaşına gələ bilmir. Facebook-un səhmləri "həyati əhəmiyyət kəsb edən" peşələrin nümayəndələri ( müəllimlər, tibb bacıları və fövqəladə xidmətlərin əməkdaşları) üçün 20 min evin inşasına yönələcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31