Hava taksisi sınaqdan keçirilir
Hava taksisi sınaqdan keçirilir
23 Oktyabr 2019 11:48 İKTBöyük Britaniyanın "Vertical Aerospace" startapı öz yeni hava taksisinin ilk sınaq uçuşunu nümayiş etdirib. 6 vintlə təchiz edilmiş "Seraph" adlandırılmış uçan aparat 250 kq-dək yükü havaya qaldırmaq qabiliyyətinə malikdir. Bundan başqa, hava taksisinin daxilində sərnişinlər üçün 2, pilot üçün 1 yer nəzərdə tutulub.
"Seraph" elektrik batareyası ilə işləyir və istehsalçıların sözlərinə görə, 800 km məsafə qət edə bilir. Bundan başqa, uçan aparat saatda 80 km-dək sürət toplaya bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31