“YouTube”da ilk - Şərhə 1 milyon "like" gəldi - FOTO
“YouTube”da ilk - Şərhə 1 milyon "like" gəldi - FOTO
14 Oktyabr 2019 15:23 İKT"YouTube" tarixində ilk dəfə bir şərh milyon dəfədən çox bəyənilərək rekord qırıb.
Olaylar.az ölkə.az-a istinadən bildirir ki, söhbət 5 ay əvvəl müğənni Billy Elishin "Bad guy" (pis oğlan) mahnısına olan klipin altında yazılan rəydən gedir.
Set Everman adlı İstifadəçi ifanın altındakı şərh bölümündə sözə hərf əlavə edərək "Mən keçəl oğlanam" (bald guy) yazıb. Gələn milyon bəyənilmə haqqında isə o, "Twitter" səhifəsində məlumat verib.
"Salam "YouTube". Məni 1 miyon şərh üçün mükafatlandıra bilərsiniz", - deyə qeyd edib.
Onun avatar kimi istifadə etdiyi fotoda, həqiqətən də, keçəl olduğu görülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31