Bulud sistemində məlumatların saxlanılması daha təhlükəlidir

Bulud sistemində məlumatların saxlanılması daha təhlükəlidir

Şirkətlər öz bulud mühitlərinin müdafiəsinə daha çox diqqət ayırmalıdırlar, çünki cinayətkarlar tez-tez belə xidmətlərdə boşluqlar axtarırlar. Bu haqda "McAfee" antivirus istehsalçısı tərəfindən keçirilmiş araşdırmada deyilir.
Müxtəlif ölkələrin informasiya təhlükəsizliyi direktorlarının iştirak etdiyi sorğunun nəticəsinə əsasən, bulud sistemində yerləşdirilmiş faylların 21%-i məxfi məlumatlardan ibarətdir. Bu halda son ildə bulud sistemində belə faylların sayı 53% artıb.
"McAfee" şirkətinin məlumatına görə, ilk dəfə İT direktorlarının 50%-dən çoxu informasiyanın bulud sistemində saxlanılmasını daha təhlükəsiz hesab edirlər.
Bulud sistemində kibertəhlükələrin sayı illik hesablama üzrə təxminən 28% artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31