“Ağıllı” kişi köynəkləri təqdim edilib

“Ağıllı” kişi köynəkləri təqdim edilib

İspan brendi Sepiia kişilər üçün Ultimate Smart Shirt 3.O köynəyini təqdim edib.

Olaylar.az xarici mediaya istinadən bildirir ki, köynək, stressin səviyyəsini azaldır, qan təzyiqini yaxşılaşdırır və enerjini artırır.

Saplardakı keramik nanohissəciklər insanın bədəninə keçən günəşdən uzaq infraqırmızı şüalar yaradır. Bu da əzələlərin, oynaqların işini yaxşılaşdırır və qan təzyiqini normallaşdırır.

Material, ziyanlı ultrabənövşəyi şüalar yayır, rahatlığı və temperaturu təmin etmək üçün "virtual qoruyucu" yaradır. Köynəkdə tər izləri qalmır, o, qırışmır və çirklənmir. Nanotexnologiya sayəsində kofe və şirə kimi mayelər köynəyin üzərindən sadəcə sürüşüb gedir.

Köynəyi artıq Kickstarter-e-də öncədən 98 dollara sifariş vermək olar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31